Modern.az

Bakcell-dən abunəçilərinə daha bir yenilik

Bakcell-dən abunəçilərinə daha bir yenilik

6 Fevral 2012, 16:56

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti elan edir ki, 07 fevral 2012-ci il tarixindən etibarən zero.facebook xidmətindən müstəsna olaraq yalnız CINeration abunəçiləri istifadə edə biləcəklər.

Mobil telefonlardan zero.facebook.com səhifəsinə giriş CINeration abunəçiləri üçün tamamilə pulsuz olacaq. Onlar eynilə adi facebook.com saytında olduğu kimi burada da öz statuslarını yeniləyə, xəbərləri oxuya, ismarıclar göndərə, gələn ismarıclara cavab verə və dostların səhifəsinə yaza biləcəklər. Yalnız şəkillərə baxdıqda və ya zero.facebook.com səhifəsini tərk edib digər mobil internet səhifələrinə daxil olduqda istifadəçilərin balansından pul çıxılacaq. İstifadəçi şəkillərə baxmaq və ya digər mobil səhifəyə keçmək istədikdə ekranda onun 0.facebook.com səhifəsini tərk etməsi və bundan sonrakı istifadənin ödənişli olması barədə xəbərdarlıq ediləcək.

zero.facebook xidmətindən istifadə etmək üçün CINeration abunəçiləri öz mobil telefonlarından aşağıdakı ünvanlardan birinə daxil ola bilərlər:

•    0.facebook.com

•    O.facebook.com

•    o.facebook.com

•    zero.facebook.com

CINeration abunəçisi olmayan digər müştərilərinə isə Bakcell şirkəti Opera Mini brauzerinin limitsiz internet imkanı verən xüsusi versiyasını təklif edir. Bakcell abunəçiləri ayda sadəcə 1.99 AZN ödəməklə, Opera vasitəsilə pulsuz internetdən yararlana bilərlər.

Bakcell şirkəti mobil internetin inkişaf etdirilməsi sahəsində Azərbaycan bazarının lideridir. zero.facebook və Opera Mini kimi yeniliklər müştərilərə pulsuz olaraq internetdən istifadə edib ünsiyyət saxlamaq imkanı yaradır. Bakcell şirkəti Azərbaycanda öz müştərilərinə mobil telefonlardan Facebook sosial şəbəkəsinə pulsuz giriş imkanı verən yeganə mobil operatordur.

zero.facebook.com Facebook şəbəkəsinin bütün əsas funksiyalarına malikdir və hətta digər aparıcı olmayan mobil operatorların təqdim etdiyi Facebook-un standart mobil versiyası sayılan m.facebook.com səhifəsindən də sürətlə yüklənir.

Zero.facebook, Opera Mini və Bakcell-in digər məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir