Modern.az

Sumqayıtda təhlükəli məişət cihazlarının satışı aşkarlanıb

Sumqayıtda təhlükəli məişət cihazlarının satışı aşkarlanıb

6 Yanvar 2010, 18:16

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi uyğunluq sertifikatı olmayan qazla işləyən təhlükəli məişət cihazlarından istehlak bazarını qorumaq məqsədilə monitorinqlərini davam etdirir. Modern.az xəbər verir ki, komitənin 3 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları bununla bağlı olaraq Sumqayıt şəhərində araşdırma aparıblar.

 

Müəyyən olunub ki, fiziki şəxs B.İsgəndərova məxsus mağazada Türkiyə istehsalı olan “Süsler” və “Silver” nişanlı qaz plitələri, fiziki şəxs E.Umudova məxsus mağazada Almaniya istehsalı olan “BOSCH” nişanlı su qızdırıcıları, fiziki şəxs A.Əhmədova məxsus mağazada Türkiyə istehsalı olan “DELUX” nişanlı məişət qaz sobaları, fiziki şəxs C.Mehdiyevə və V.Canıyevə məxsus mağazalarda Çin istehsalı olan “SAMSUNQ” nişanlı su qızdırıcıları, məişət qaz sobaları, fiziki şəxs P.Əliyevə məxsus mağazada Çin istehsalı olan “NOKİA” nişanlı məişət qaz sobaları, fiziki şəxs T.Süleymanovaya məxsus mağazada İran istehsalı olan “MARSHALL” nişanlı məişət qaz sobaları, fiziki şəxs B.Məmmədovaya məxsus mağazada Türkiyə istehsalı olan “BEKO” nişanlı məişət qaz plitələri, fiziki şəxs Ş.Abdinova məxsus mağazada Çin istehsalı olan “SAMSUNQ” nişanlı məişət qaz sobaları sertifikatlaşdırılmadan satışa çıxarılıb.

Müəssisə rəhbərlərinə yoxlama nəticəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması barədə iradnamə, məişət qaz cihazlarının satışının qadağan edilməsi barədə tələbnamə verilib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir