Modern.az

Portuqaliyada da eyni cinsdən olanlar evlənə biləcəklər

Portuqaliyada da eyni cinsdən olanlar evlənə biləcəklər

9 Yanvar 2010, 16:01

Portuqaliya parlamenti eyni cinsdən olanların evlənməsinə icazə verən qanunu qəbul edib. Bununla da sərt katolik dövləti olan Portuqaliya bu addımı atan altıncı Avropa ölkəsidir. Modern.az BBC-yə istinadən xəbər verir ki, ölkənin baş naziri Jose Socrates deyib ki, bu qanun lazımsız ağrıya səbəb olan qeyri-ədalətsizliyə son qoymuş olacaq.
Buna baxmayaraq, bu qanun eyni cinsdən olan cütlərə övladlığa uşaq götürməyə icazə vermir. Bəzi ölkələrdə buna icazə mövcuddur. Prezident təsdiq edərsə, onda bu qanun belə evliliklərə qarşı çıxan Roma Papasının Portuqaliyaya səfərindən öncə qüvvəyə minə bilər.
Hazırda Avropanın bir neçə ölkəsində-Belçika, Hollandiya, İspaniya, İsveç və Norveçdə eyni cinslər arasında evliliyə icazə verirlər. Bir çox başqa ölkələr isə vətəndaş partnyorluğunu təqdim edib. Bu isə eyni cinsdən olan cütlərə başqa cütlər kimi bərabər hüquqları verir.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir