Modern.az

Qız Qalasında işlərin birinci mərhələsi başa çatdı

Qız Qalasında işlərin birinci mərhələsi başa çatdı

2 May 2012, 11:32

Bakının tarixi mərkəzinin konservasiyası üzrə ətraflı Baş Plan”a uyğun olaraq ərazidəki tarix-memarlıq abidələrinin qorunmasına göstərilən xüsusi qayğı çərçivəsində Qız Qalasında aparılan muzey konservasiyası işlərinin birinci mərhələsi başa çatıb.

Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətidnən Modern.az-a verilən məlumata görə, birinci mərhələdə işlər Qız Qalası abidəsinin kontrforsunda və baxış meydançasında aparılıb. Muzey konservasiyası zamanı zədələnmə səviyyəsindən asılı olmayaraq heç bir daş abidədən kənarlaşdırılmamış və mövcud problemlər aradan qaldırılaraq kontrforsun səthi möhkəmləndirilib. Bərpa zamanı Almaniyanın “Remmers” şirkətinin Qız Qalasının bərpası üçün nəzərdə tutulmuş xüsusi materiallarından istifadə olunmuş və abidənin kontrforsunun hər bir daşına zədələnmə dərəcəsinə və xüsusiyyətinə görə fərdi yanaşılıb.

Konservasiya işləri Avstriyanın məşhur bərpaçı mütəxəssisi, dünyanın müxtəlif yerlərində 400-dən artıq abidəni, o cümlədən İçəri Şəhərdə yerləşən Məhəmməd Məscidini bərpa etmiş “Atelier Erich Pummer” şirkətinin rəhbəri Erik Pummerin başçılığı ilə xarici və yerli mütəxəssislər tərəfindən həyata keçirilib.

Qız Qalasının əsas dairəvi hissəsində muzey konservasiyasının ikinci mərhələsi 2012-ci ilin iyun ayının əvvəlində başlanacaq. Tam işlərin bitməsi 2013-cü ilin ikinci yarısı üçün nəzərdə tutulub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir