Modern.az

Vicdan məhbuslarından nə xəbər?

Vicdan məhbuslarından nə xəbər?

Təhsil

7 İyun 2012, 11:46

Vicdan məhbuslarının iyunun 10-dək azadlığa buraxılması gözlənilsə də, hələ də bu barədə yeni bir xəbər yoxdur. Məsələnin nə yerdə olduğunu öyrənmək üçün Modern.az-ın əməkdaşı Hüquq Müdafiəçiləri Monitorinq Qrupunun üzvü, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu ilə əlaqə saxlayıb.

N.Cəfəroğlu məsələ ilə bağlı bildirib ki, hazırda Monitorinq qrupu bu istiqamətində gücləndirilmiş rejimdə çalışır.

“Biz bu məsələyə görə, demək olar ki, gecə-gündüz çalışırıq. Lazımı instansiyalara müraciət edirik ki, vicdan məhbusları azad olunsunlar. Bizə söz vermişdilər ki, bu ayın 10-dək hamısı azadlığıa buraxılacaqlar. Hələki bizim müraciətimizə bir cavab vermirlər. Münasibət bildirməkdən boyun qaçırdırlar. Biz əlimizdən gələni edib çalışırıq ki, vicdan məhbusları tezliklə azad olunsunlar. Hələlik gözləyirik”-deyə hüquq müdafiəçisi qeyd edib.

Xatırladaq ki, bir neçə gün bundan öncə N.Cəfəroğlu Modern.az-a açıqlamasında vicdan məhbuslarının  Arif Hacılı başda olmaqla hamısının iyunun 10-a kimi azad olunacaqlarını bildirmişdi.

Anar RÜSTƏMOV
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı