Modern.az

Millət vəkili oğurlanıb

Millət vəkili oğurlanıb

Dünya

12 Avqust 2012, 22:54

Türkiyənin Tunceli bölgəsində PKK-lı terrorçular Cümhuriyyət Xalq Partiyasından (CHP) Tuncelidən olan millət vəkili Hüseyn Aygünü qaçırıb.

Modern.az "Sabah"a istinadən bildirir ki, iş adamları və vətəndaşlarla görüşmək məqsədiylə səhər saatlarında Tuncelinin Ovacıq mahalına gedən CHP millət vəkili Hüseyn Aygün avqustun 12-də axşamüstü terrorçu qrup tərəfindən pusquya salınıb.
Millət vəkili Hüseyn Aygün, "Axşam" qəzetinin müxbiri Kadir Merkit və deputatın məsləhətçisini maşından endirən PKK-çılar müxbir və məsləhətçini sərbəst buraxdıqdan sonra, Aygünü götürərək meşəlik sahəyə aparıblar.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı