Modern.az

İvanişvili geri çəkildi: “Saakaşvilnin istefasını tələb etmirik”

İvanişvili geri çəkildi: “Saakaşvilnin istefasını tələb etmirik”

3 Oktyabr 2012, 15:43

“Gürcü arzusu” koalisiyasının lideri Bidzina İvanişivili  prezident Mixail Saakaşvilinin istefası ilə bağlı dünən verdiyi açıqlamaya düzəliş edib. Modern.az Gürcüstanın apsni.ge saytına istinadən bildirir ki, İvanişvili Gürcüstan prezidentinin istefasını tələb etmədiklərini bəyan edib.

“Mən bəyan edirəm ki, biz heç bir siyasi ultimatum irəli sürmürük və prezidentlə birgə dövləti məsələləri dialoq və işgüzar mühitdə həll etməyə hazırıq”-deyə İvanişvili bəyan edilib.

Xatırladaq ki, gürcü müxalifətinin llideri dünənki mətbuat konfransında prezident Mixail Saakaşvilini istefa verməyə çağırıb və növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir