Modern.az

Bir qrup YAP-çı Rəsul Quliyevin partiyasına keçib

Bir qrup YAP-çı Rəsul Quliyevin partiyasına keçib

Təhsil

10 Oktyabr 2012, 10:19

Hakim Yeni Azərbaycan Partiyasının bir qrup  üzvü Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyasına keçib.  Bu barədə Modern.az saytına eks spiker Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər məlumat verib. Onun sözlərinə görə, bundan başqa Müsavat da daxil olmaqla ölkənin digər aparıcı siyasi partiyalarının bəzi üzvləri də ACP-yə keçiblər.

“Bir sıra partiyalardan Açıq Cəmiyyət Partiyasına keçidlərin olması haqda yayılan xəbərlər doğrudur. Sadəcə olaraq biz məlum səbəblərdən bu barədə konkret məlumatlat vermirik. Bis istəmirik ki, Açıq Cəmiyyət Partiyasını digər müxalifət partiyalarını zəiflətməkdə qınasınlar.

“Bazar günü ACP-nin qərargahında gənclərlə görüş olub. Orada Yeni Azərbaycan Partiyasının gənclər təşkilatının üzvü də iştirak edirdi. YAP-dan bizim partiyaya yeni keçənlər var, amma onların saylı çox deyil”, - deyə ACP sədri vurğulayıb.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı