Modern.az

Elmar Məmmədyarov GUAM-ın iclasına sədrlik edəcək

Elmar Məmmədyarov GUAM-ın iclasına sədrlik edəcək

Aktual

10 Oktyabr 2012, 11:53

Xarici İşlər Naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Ukraynaya yola düşüb. Bu barədə Modern.az-a nazirliyin mətbuat xidməti məlumat verib. Məlumatda bildirilib ki, nazir  Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM-ın 15 illiyi ilə əlaqədar xarici işlər nazirləri Şurasının iclasında iştirak edəcək.

İclas nazir Elmar Məmmədyarovun sədrliyi ilə keçiriləcək. Tədbirdə Elmar Məmmədyarovun çıxışı nəzərdə tutulub. Həmçinin, səfər müddətində ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılıb.
Modern.az  
Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir