Modern.az

“İclasa tələsməsəydim, Sizdən daha çox danışardım” -Rəbiyyət Aslanova Əkrəm Əylislini necə təbrik etdi

“İclasa tələsməsəydim, Sizdən daha çox danışardım” -Rəbiyyət Aslanova Əkrəm Əylislini necə təbrik etdi

6 Dekabr 2012, 16:11

Modern.az bu gündən etibarən yeni bir rubrikaya başlayır. Bu rubrika yaranışı üçün bu gün ad günü olan tanınmış yazıçı Əkrəm Əylisliyə “borcludur”.
Belə ki, rubrikamızda ad günü olan məşhurlara başqa tanınmışlardan münasibət öyrənəcəyik.
Bu gün 75 yaşı tamam olan Əkrəm Əylislini Milli Məclisinin deputatı, İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova necə təbrik edir, ona münasibəti necədir?

- Sizi təbrik edirəm, uzun ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Arzu edirəm ki, Azərbaycan ədəbiyyat tarixində tutduğunuz mövqeyin möhkəmliyini davam etdirəsiniz, öz oxucularınızı yeni əsərlərlə sevindirəsiniz. İclasa tələsdiyim üçün yaradıcılığınızı daim izləyən bir oxucu kimi bu haqda ətraflı danışa bilmirəm.
Siz eyni zamanda həmkarımız olmusunuz.
Əkrəm müəllim!
Sözsüz ki, yazılarınızı, müsahibələrinizi hər zaman izləyirəm, Sizə bir daha uğurlar arzulayıram.


Təbriki çatdırmaqda vasitəçilik etdi: Nihadə Eyyubova    
Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü