Modern.az

“Tələbələrimin günahını bağışladım” - “Qarabağ Bülbülləri” ansamblının rəhbəri

“Tələbələrimin günahını bağışladım” - “Qarabağ Bülbülləri” ansamblının rəhbəri

7 Dekabr 2012, 16:36


“Daha tələbələrimdən imtina etməyəcəm. Çünki indi üzümə yaxşı baxır və məni başa düşürlər”. Bunu Modern.az-a “Qarabağ Bülbülləri” ansamblının rəhbəri Murad Rzayev yaxın günlərdə keçirəcəyi yubiley tədbiri haqqında danışarkən deyib.

Ansamblın rəhbəri bildirib ki, bir müddət bundan öncə Modern.az-a müsahibə verərkən ansamblın 40, özünün isə 60 illik yubileyindən sonra tələbələrinin ona qarşı laqeydliyindən inciyib onlardan imtina edəcəyini desə də, indi onları bağışlayıb.

“Tələbələrimdən imtinadan vaz keçdim. Çünki daha onlarla bir-birimizi başa düşürük. Onların hamısı dekabrın 9-da Rəşid Behbudov adına Teatrda  keçiriləcək yubiley tədbirində iştirak edəcəklər. Yubileyimdə təkcə tələbələrim deyil, Habil Əliyevdən tutmuş Flora Kərimovaya qədər bütün sənət adamları iştirak edəcək. Bütün təşkilatçılığı da özüm etmişəm. Amma bir çətinliyim var ki, xalq artisti, illərlə birlikdə qastrol səfərlərdə olduğum Zeynəb Xanlarova ilə əlaqə saxlaya bilmirəm ki, onu da tədbirə dəvət edim. Nə zaman zəng etsəm telefonlarıma cavab verən olmur”.  

Bu gün, dekabrın 7-də Murad Rzayevin 65 yaşı tamam olub.

Şahanə Rəhimli

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir