Modern.az

İstanbul Kültür Universtetinin rektoru: “Bu, Azərbaycan və Türkiyəyə lazım deyil” - MÜSAHİBƏ

İstanbul Kültür Universtetinin rektoru: “Bu, Azərbaycan və Türkiyəyə lazım deyil” - MÜSAHİBƏ

6 May 2013, 08:26

İstanbul Kültür Universtetinin rektoru, professor Sıddıka Semahat Dəmirin Modern.az-a müsahibəsi.

- Azərbaycana xoş gəlmisiniz. Bakıya ilk səfərinizdir?

- Bəli. Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Azərbaycanşunaslığın aktual problemləri” ilə bağlı Beynəlxalq Elmi Konfransda iştirak etmək üçün gəlmişəm. Üç gündür Bakıdayam. Bu müddət ərzində müəyyən qədər Azərbaycanı və Azərbaycan xalqını tanımağa çalışdım. Qardaş ölkə haqqında umumi düşüncələrimdə yanılmadım .Çox qonaqpərvər bir millətsiniz. Özümü yad ölkədə hiss etmədim.

- Bakı Slavyan Universteti (BSU) və umumilikdə Azərbaycan Respublikasının təhsil sistemi barədə fikirləriniz nədən ibarətdir?

- Bakı Slavyan Unversteti və Azərbaycan Respublikasının təhsil sistemi ilə bağlı düşüncələrim müsbətdir. Mən burda təhsil almış müəllim və tələbələrlə tanış oldum. Onların təhsil səviyyələrinin çox yüksək olduğunu anladım. Həyatda ən vacib şey insanlarla tanış olmaq və onların uğurlarının şahidi olmaqdır. Hər şey təhsildən aslıdır. Filologiya elmləri doktoru, BSU-nun Rektoru Kamal Abdulla dünya miqyasında tanınan çox dəyərli bir insandır. Elə onun sayəsində bu cur konfranslar ardıcıl və genişmiqyaslı keçirilir. Belə tədbirləri təşkil etməklə həm də Azərbaycan mədəniyyətini, ədəbiyatını, incəsənətini dünyaya təbliğ edir .Gələcəkdə Azərbaycan təhsilinin prespektivləri böyükdür. Umumilikdə Azərbaycan təhsil sistemi məndə xoş təəssuratlar yaratdı. Mən çox sevinirəm və fəxr edirəm ki, bu gün Azərbaycandayam.

- Sizcə Azərbaycan və Türkiyə təhsil sistemi arasında hansı fərqlər var?

- Hər iki təhsil sisteminin butövlükdə müqayisə etmək çətindir. Amma ali təhsil müəssisələri arasında tədrislə bağlı bəzi fərqlər var. Türkiyə təhsil sistemi bir az Amerika təhsilinə oxşayır. Azərbaycandakı təhsil də müəyyən qədər Sovetlər Birliyindəki təhsilə bənzəyir. Hər zaman hər şeyin eyni olması vacib deyil. Əsas fərqli olmasıdır. Çünki yalnız bu cür hər şeyin müsbət və mənfi tərəflərini görmək olar.
Biz bir az Amerika sisteminə əsaslanırıq. Təhsil və təcrübəni paralel keçirik. Tələbələrimizin ilk illərində laboratoriyalarda işləməsini tələb edirik. Bilirəm ki, sizdə də belədir. Azərbaycan Elmlərlər Akademyası və digər akademiyalar universtetlərlə dostluq və əməkdaşlıq edir. Elmin inkşafında bunun rolu böyükdür.

- Azərbaycan dili və Azərbaycançılıq barədə sizin şəxsi fikirləriniz nədən ibarətdir?

- İlk dəfədir Bakıdayam. Hətta mənə elə gəldi ki, Türkiyədəyəm. Azərbaycan bizim üçün qardaş ölkədir. Dilimiz, adət -ənənələrimiz, bir çox ortaq cəhətlərimiz bizi türk olaraq eyni yola istiqamətləndirir. Heydər Əliyevin “ Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” cümləsi çox böyük əhəmiyyətə malikdir. Mən də azərbaycanlıların keçmişi, bu günü və gələcəyi ilə və azərbaycanlılarla fəxr edirəm. Bu nə deməkdir. Bu bizim heç bir fərqimiz yoxdur deməkdir.

- Türk xalqlarının birləşməsi və bir-birilərini yaxşı başa düşmələri üçün umumtürk ədəbi dil konsepsiyası lazımdırmı ?

- Dil ünsiyyət üçün çox vacibdir . Bir-birinə yaxın dillərin olması ölkəlarası və mədəniyyətlərarası inkşafın təməlidir. Əlbəttə, türk dili daha qüvvətli və daha çox ölkələrdə istifadə olunduğu üçün, bu dil ortaq türk dil konsepsiyasına uyğun gəlir. Əslində Azərbaycan və Türkiyəyə bu lazım deyil, çünki biz bir-birimizi yaxşı başa düşürük. Digər ölkələr isə türk dilinə müraciət etməklə türk xalqları arasında ünsiyyətə zəmin yarada bilərlər. Amma bunu hər xalqın öz ixtiyarına buraxmaq lazımdır.

- Avropa Birliyinə daxil olmaq nəyə görə Türkiyəyə lazımdır. Bu Türkiyə təhsilində nəyi dəyişdirə bilər?

- İndi Avropa Birliyinə daxil olmaq üçün təhsildə atılan ən böyük addımlardan biri də “Erasmus” proqramıdır. Bu proqram sayəsində Türkiyənin müəllimləri, tələbələri, işçiləri xarici dövlətlərin unverstetlərinə, xarici unverstetlərin nümayəndələri isə bura göndərilir. Təhsilə yenilik, inkşaf və həmrəylik gətirir. Bir çox xalqların birlikdə işləməsinə şərait yaradır. Türkiyənin Avropa Birliyinə girməsinə əsas səbəblərdən biri də sosial vəziyyətlə bağlıdır. Biz AB nə girmək üçün beynəlxalq qanunlara əməl etməliyik. Bu gün Türkiyə Avropa birliyinə daxil olan ölkələrdən iqtisadiyyat cəhətdən üstündür. Məncə Türkiyənin AB-yə daxil olmasının təhsilimizin inkşafına da müsbət təsirləri olacaq. Türkiyə böyüyən bir ölkədir, 2023-cü ildə dünyanın ən güclü iqtisadiyyata malik olan bir dövləti olmaq iddiasındadır. Gənc nəsil də əhalinin çox hissəsini təşkil edir. Dövlətin hər sahədə güclü olması və gənc nəsilin bu məqsəd üçün sistemli işləməsi ilə gələcəkdə Avropa Birliyinə girəcəyimizə inanıram.

- Sizcə Türkiyə və Ermənistan arasınada yaxşı münasibətlər qurula bilərmi?

- Mən regionda sülhün olmasını çox istəyirəm. Amma bu cür əlaqələrin qurulmasında yalnız o zaman söhbət gedə bilər ki, Ermənistan Azərbaycan torpaqlarını qaytarsın və Azərbaycanla Türkiyənin torpaqlarına olan iddialarından əl çəksin. Türkiyə həmişə beynəlxalq aləmdə Azərbaycanın siyasətini dəstəkləyib və dəstəkləyəcək.


Aynur Bayramova

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü