Modern.az

“Qarabağa doğru haqqın və haqqımızın səsi ilə”

“Qarabağa doğru haqqın və haqqımızın səsi ilə”

23 Avqust 2013, 18:31

Avqustun 22-23ü tarixində “Yeni Üfüq" Mənəvi İrsin Təbliği İctima Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Qarabağa doğru -Haqqın və Haqqımızın səsi ilə” adlı lahiyəsinə dəstək olaraq İsmayıllı və Göyçay şəhərlərində növbəti görüşlərini keçirib. İctimai Birlikdən verilən məlumata görə, görüşdə “Yeni Üfüq”İctimai Birliyinin sədri Sevinc Əzimbəyli geniş çıxış edərək, “Qarabağa doğru Haqqın və Haqqımızın səsi ilə” adlı lahiyəsinə dəstək verməklə işğal altında olan torpaqlarımızın azadlığı yolunda milli və mənəvi dirçəlişə dəstək verəcəklərinə inandıqlarını bildirib.

Tədbirdə Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli çıxış edərək, Qazi Qarabağ azanının ilahi səs olaraq bütün ölkə müsəlmanlarını birliyə səsləyən cağrış olduğunu deyib. O, bu gün əsirlikdə olan məscidlərimizdə vaxtı ilə səslənən Qarabağ azanının yenidən Qarabağda canlı səslənməsi üçün gənclərimizin millli vətənpərvərlik ruhuna sahiblənməsi üçün belə tədbirlərin vacib olduğunu xüsusi qeyd edib.

İsmayıllı və Göyçayda keçirilən tədbirdə bölgənin nüfuzlu çoxlu sayda ziyalıları, rayon ağsaqqalları, şəhid ailələri, qazilər və gənclər iştirak edib. Hər iki rayonun nüfuzlu mənəviyyat adamları Qazi Qarabağ azanına sahib olacaqlarını və bu həsas məsələdə hər bir ölkə vətəndaşlarının Prezdent İlham Əliyevin dövlət və din siyasətinə dəstək verdiklərini və bu ilki prezdent seçkilərində hər iki bölgənin inanclı kəsiminin İlham Əliyevə səs verəcəklərini bildririblər.

Göyçay şəhər Əbülfəz Abbas məscidinin icma rəhbəri Seyid Rəsul Ağa “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctima Birliyinin həyata keçirdiyi layihənin vacibliyini qeyd edib. O, Seyid Camal Əzimbəyliyə fəaliyyətində uğurlar arzu edərək, rayonun dini cameəsi adına Qurani-Kərim hədiyyə edib.     


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir