Modern.az

Məşhur filmlərimizdəki KURYOZLAR - “Dədə Qorqud”dakı “PAZ”, “Nəsimi”dəki eynək...

Məşhur filmlərimizdəki KURYOZLAR - “Dədə Qorqud”dakı “PAZ”, “Nəsimi”dəki eynək...

18 Sentyabr 2013, 15:42

Bəzən köhnə milli filmlərimizin ideallığı haqda danışırıq, eninə-uzununa təriflər vurub onları bəzəyirik. Amma etiraf etmək gərəkdir ki, bu ekran işlərində bəzi səhvlər də var...

Modrn.az saytı C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan filmlərdəki kuyozlarla bağlı kiçik araşdırma aparıb.   Kimə desən ki, “Nəsimi” filmində, yaxud “Yeddi oğul istərəm”də “möhtəşəm” bir kuryoz var, bu fikri əsla qəbul etməz. Lakin araşdıranda, diqqətlə baxanda məlum olur ki, təriflədiklərimizin hamısında kamera obyektibvinə düşmüş yad detallar var.

Məsələn, “Yeddi oğul istərəm” filmində diqqətdən yayınan bir məqam var. Kadrlardan birində uzaqdan “PAZ” avtobusu görünür. Filmdəsə söhbət ötən əsrin əvvəllərindən, 20-ci illərdən gedir. Pavlovsk avtomobil zavodunu istehsallı olan “PAZ” isə 1952-ci ildə buraxılıb. 1970-ci ildə çəkilən filmin rejissor Tofiq Tağızadədir.
Əgər işdir, “Yeddi oğul istərəm” filmi nə vaxtsa yenidən televiziyada verilərsə, Gəray bəyin qəbiristanlıqdakı döyüşdən sonrakı təqibi səhnəsinə diqqətlə baxın ki, “PAZ”ı görə biləsiniz.

Qeyd edək ki, Tofiq Tağızadənin çəkdiyi “Dədə Qorqud” filmində də eyni səhv təkrar olunur. Dağ döşüylə şütüyən müasir avtomobilə yəqin ki, çoxları fikir verməyib. Filmə bir də baxsanız, diqqətli olun. O yeri qaçırmayın.

“Nəsimi” filmindəki kuryoz isə daha bağışlanmaz və bəlkə də gülməlidir. 1973-cü ildə ekranlaşdırılan və baş rolunu xalq artisti Rasim Balayevin oynadığı kinoəsərdə belə bir epizod var: Nəsiminin dərisini soyurlar... Həmin epizoda diqqətlə baxanda arxa fondakıların birinin gözündə gün eynəyi görmək olur. Nəsimi 1417-ci ildə Hələb şəhərində edam edilib. Bu isə 15-ci əsr deməkdir. İlk eynək isə ən yaxşı halda bundan bir neçə əsr sonra icad olunub. Bir sözlə, bu “hadisə”.. Filmin rejissoru Həsən Seyidbəylidir.

“Qaynana” filmindəki bu məqamı isə kuryoz da saymaq olar, tapıntı da. Xatırlayırsınızsa, Cənnət xala gəlini Afətlə mübahisə edir və orda belə bir ifadə işlədir: “Ayazı aton doğub, yoxsa anon əkib?”. İlk baxışdan bu ifadədə məntiq səhvinin olduğu açıq-aşkardır. Amma bunu ya rejissorun, ya da rəhmətlik Nəsibə xanımın tapıntısı kimi də qiymətləndirmək olar. 1978-ci ildə çəkilmiş filmin rejissoru Hüseyn Seyidzadədir.

“O olmasın, bu olsun” filmində isə görüntülərdə fəsil uyğunsuzluğu var. Aktyorların kostyumları ilə Rüstəm bəyin həyətindəki gül-çiçək uyğun gəlmir. 1956-cı ildə ekranlaşdırılan filmdə ən gülməli kuryoz titrlərdəki qeyddir: Bakı, 1910-cu il. İndi də filmdəki bir səhnəni xatırlayın: “Molla Nəsrəddin” jurnalının redaksiyası. Nə filmin rejissoru (Hüseyn Seyidzadə), nə də ssenari müəllifi (Sabit Rəhman) yadına salıb ki, “Molla Nəsrəddin” Bakıda yox, Tiflisdə nəşr olunub. Redaksiyada Mirzə Ələkbər Sabirin görünməsi də düzgün anlaşılmır. Sanki Sabir hər gün Şamaxıdan durub “Molla Nəsrəddin”in ofisinə, işə gəlirmiş...

İntiqam Valehoğlu  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir