Modern.az

Uşaqları Nərimanov parkına toplayacaqlar

Uşaqları Nərimanov parkına toplayacaqlar

12 May 2010, 18:11

SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası 

mayın 15-də Nərimanov parkında Beynəlxalq Ailə günü  ilə bağlı tədbir keçirəcək. BMT-nin Baş Assambleyasının qətnaməsinə əsasən, 1993- cü ildə Beynəlxalq Ailə günü təsis edilib. Həmin vaxtdan etibarən, hər il mayın 15- də bütün dünyada  Beynəlxalq Ailə günü qeyd edilərək cəmiyyətin özəyi olan ailələrin müxtəlif problemləri gündəmə gətirilir və bu problemlərin həlli üçün bütün mütərəqqi qüvvələr səfərbər edilir. Beynəlxalq Ailə Gününün fəlsəfəsi  1949-cu ildən bəri valideyn himayəsindən məhrum uşaqlara  ailə əsaslı qayğı göstərən SOS Uşaq Kəndləri Təşkilatının fəlsəfəsi ilə həmahəngdir.

SOS Uşaq Kəndlərinin missiyası kimsəsiz, valideyn himayəsindən məhrum, eyni zamanda ehtiyacı olan uşaqların ailə mühitində yaşamasını təmin etmək, bu uşaqlara öz gələcəklərini formalaşdırmaqda köməklik göstərmək, onların  öz mədəni mühitlərinə və dini əqidələrinə uyğun yaşamalarına, cəmiyyətin fəal üzvü  kimi formalaşmalarına şərait yaratmaqdır.

Təsadüfi deyil ki,  SOS Uşaq Kəndləri təçkilatının həyata keçirdiyi ən iri sosial layihə Ailələrə Dəstək Layihəsidir. 2007-ci ildən  Bakıda  fəaliyyətə başlamış bu layihə, 2010 –cu ildən Norveç və Lüksemburq Xarici İşlər Nazirliklərinin maliyyə dəstəyi ilə  Gəncədə də  fəaliyyət göstərir ,  tezliklə isə Sumqayıtda da ailələrə xidmət göstərməyə başlayacaq.

Ailələrə Dəstək Layihəsinin əsas məqsədi dağılma təhlükəsi ilə üzləşmış ailələrə müxtəlif xidmətlər göstərməklə ailənin bütövlüyünü qorumaqdır. BMT-nin Uşaq Hüquqları Konvensiyasını öz işində əsas tutan layihə uşaqların ən ümdə hüquqlarından birinin – uşağın öz bioloji ailəsində yaşamaq hüququnun həyata keçməsini təmin edir.

Tədbirdə SOS Uşaq kəndləri –Azərbaycan Assosiasiyasının himayəsində olan uşaqlar və assosiasiyanın diğər sosial layihələrinin benefisiarları iştirak edəcəklər. Bayram tədbirində Mobitel və Nokia Şirkətləri tərəfindən maliyyə dəstəyi alan  “Şən Avtobus” layihəsi öz maraqlı proqramını təqdim edəcək. Həmçinin məşhur estrada ifaçıları Samirə və Elnur  tədbirə qatılaraq ailə dəyərlərinin təbliğ edilməsində iştirak edəcəklər.

  

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir