Modern.az

Gürcüstan Poroşenkonu Saakaşvilidən uzaq durmağa ÇAĞIRDI

Gürcüstan Poroşenkonu Saakaşvilidən uzaq durmağa ÇAĞIRDI

Dünya

27 May 2014, 00:20


Gürcüstan rəhbərliyi Ukraynanın yeni seçilmiş dövlət başçısı Pyotr Poroşenkonu eks-prezident Mixail Saakaşvilidən uzaq durmağa çağırıb.

Modern.az gazeta.ru-ya istinadən xəbər verir ki, bu bəyanatla Gürcüstan baş naziri İrakli Garibaşvili çıxış edib. O, P.Poroşenkonun Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini özünə müşavir təyin edəcəyi ilə bağlı deyilənləri şərh edib.

Baş nazir bu zaman P. Poroşenkoya da məsləhət verib. “Mənim məsləhətim budur ki, Ukraynanın yeni prezidenti Mixail Saakaşvilini yaxınına buraxmasın”,-deyə Gürcüstanın hökumət başçısı bildirib.  

Qeyd edək ki, Kiyevin yeni meri, “UDAR” Partiyasının lideri Vitali Kliçko Mixail Saakaşvillinin P. Poroşenkonun müşaviri ola biləcəyini deyib.  

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı