Modern.az

Azay Quliyev türkiyəli jurnalistlərlə görüşüb

Azay Quliyev türkiyəli jurnalistlərlə görüşüb

Qarabağ

24 İyul 2010, 17:15

İyulun 21-dən Bakıda səfərdə olan Türkiyə Qəzetçilər Federasiyasının (TGF) nümayəndə heyətini Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev də qəbul edib. Şuradan Modern.az-a verilən məlumata görə, qardaş ölkədən gələn nümayəndə heyəti Türkiyə Qəzetçilər Federasiyasının sədri Atilla Sertel, NTV-nin buro rəhbəri, TGF-nin baş katibi Merih Ak, Sakarya Qəzetçilər Cəmiyyətinin sədri Matur Sefai və Kayseri Qəzetçilər Cəmiyyətinin sədri Vəli Altınkayadan ibarət olub. Şuranın ofisində keçən görüşdə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, antiazərbaycan və antitürkiyə mahiyyətli erməni təbliğatının dünyaya yaydığı yalan və böhtanlara qarşı birgə maarifləndirici təşviqat tədbirlərinin keçirilməsi məsələləri müzakirə edilib. Bu ilin aprel ayında Türkiyə Qəzetçilər Federasiyasının və Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə İzmir şəhərində keçirilmiş sərginin Azərbaycan həqiqətlərinin dünyaya tanıdılması baxımından əhəmiyyətli olduğunu vurğulayan A.Quliyev belə tədbirlərin davam etdirilməsini və Avropaya da çıxarılmasını vacib saydığını deyib. TGF sədri Atilla Sertel də ötən müddət ərzində sərginin Türkiyə şəhərlərində davam etdirildiyini və əlavə fotomateriallarla zənginləşdirildiyini bildirib. Görüşdə Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmləndirilməsi və bu yöndə davam edən media-QHT əməkdaşlığının perspektivləri haqda geniş fikir mübadiləsi aparılıb.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı