Modern.az

Milyarder İvanişvili Gürcüstan prezidentini tənqid etdi

Milyarder İvanişvili Gürcüstan prezidentini tənqid etdi

6 Aprel 2015, 14:28


Gücrüstanın keçmiş baş naziri və milyarder Bidzina İvanişvili prezident Georgi Marqvelaşvilini tənqid edib. Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, İvanişvili gürcü telenakallarından birində aparcılıq etdiyi tok-şouda ölkə prezidentinin hazırkı hökumətə qarşı qərəzli mövqedə olduğunu iddia edib:

“Mən onun (Marqvelaşvili) prezident seçildikdən 2 gün sonra hökumətə qarşı çıxmasını siyasi təcrübəsizlik kimi qeyd etmişdim. Belə bir şey dünya tarixində olmamışdı. Mən bu gün də cəmiyyətə Marqvelaşvilinin çatışmazlıqlarını – onun saraya köçməsini, bütün təşəbbüslərə veto qoymaq vərdişni və Nyu-Yorka səfəri zamanı göstərdiyi kaprizləri xatırlada bilərəm. O, bütün hərəkətləri ilə müxalifət komandasında olduğunu göstərir, lakin bunu rəsmən demir”.

Bidzina İvanişvili bundan əvvəl də prezident Marqvelaşvilini tənqid edib. O, prezidenti hökumətin və parlamentin işinə maneə törətməkdə ittiham edirdi.

Georgi Marqvelaşvilinin Mixail Saakaşvili tərəfindən inşa edilən prezident sarayına köçməsi xüsusən keçmiş baş nazirin xoşuna gəlməmişdi.

Vüqar İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü