Modern.az

Öz partiyama qarşı gedəsi deyiləm ki?

Öz partiyama qarşı gedəsi deyiləm ki?

Parlament

24 Sentyabr 2010, 19:16

Yeni Azərbaycan Partiyasının çağırışlarından sonra 67 saylı Cəlilabad şəhər seçki dairəsindən namizədliyini müstəqil olaraq irəli sürən YAP-çı millət vəkili Aydın Həsənov geri çəkilib. Ərizə Dairə Seçki Komissiyasına müraciət edən A.Həsənov artıq deputatlığa namizəd deyil.

Modern.az saytına açqılamasında deputat qeyd edib ki, bununla bağlı ona qarşı hər hansı təzyiq olmayıb.

“Heç kim bu barədə mənimlə fərdi söhbət də aparmayıb. Sadəcə, partiyamızın qərarına hörmətlə yanaşmağa borcluyam. Öz partiyama qarı gedəsi deyiləm ki? Gənclərə kömək etməliyik”.

Bundan sonra nə işlə məşğul olacağına gəlincə, deputat qeyd edib ki,yəqin məşğul olmağa bir iş tapılar.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü