Modern.az

Taliban lideri Molla Ömərin sağ olduğu xəbəri yayılıb

Taliban lideri Molla Ömərin sağ olduğu xəbəri yayılıb

Dünya

30 İyul 2015, 12:07

Moderin.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, Taliban hərəkatının keçmiş lideri Molla Ömərin yaşadığına dair məlumatlar yayılıb.

Daha əvvəl Molla Ömərin sağlamlıq problemləri ilə bağlı Pakistan xəstəxanasında dünyasını dəyişdiyi bildirilmişdi. Əfqanıstan höküməti də onun ölümünü inandırıcı olaraq qəbul edib.

Molla Ömərin ölümü ilə bağlı son xəbərlər isə əvvəlkilərdən daha ciddidir. Bu haqda Talibandan tezliklə açıqlama gələcəyi gözlənilir.

Pakistandaki Taliban şuraları Molla Ömərin dəyişdirilməsi üçün intensiv danışıqlar aparmağa razıdırlar.

Əfqanıstan Prezidenti Əşrəf Qani rəsmi açıqlamasında bildirib ki, Molla Ömərin  2013-cü ilin aprelində öldüyü ilə bağlı dəqiq məlumata inanır.

Keçən il seçilən Əfqan höküməti Talibanla sülh danışıqlarının aparılması üçün çalışır. Rəsmi açıqlamalarında isə qeyd edirdilər ki, “bütün silahlı tərəflər bu fürsəti dəyərləndirməli və sülh danışıqlarına qoşulmalıdırlar”.

Pakistan rəsmi təhlükəsizliyi  Molla Ömərin ölümü ilə bağlı fikirlərin sırf danışıqların gedişatını pozmaq üçün uydurulmuş fərziyyələr olduğunu iddia edir.

Pakistan höküməti və təhlükəsizlik orqanları bu iddialarla bağlı bu günə qədər rəsmi şərh verməyib. Amma onlar Molla Ömərin ölkədə olduğu ilə bağlı fikirləri də rədd edirlər.

Firuzə Hüseynova

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir