Modern.az

Yaralanan İŞİD liderinin yeri açıqlandı

Yaralanan İŞİD liderinin yeri açıqlandı

Dünya

12 Oktyabr 2015, 20:34

İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının lideri Abubəkr əl-Bağdadi İraqın Anbar əyalətindəki xəstəxanaya yerləşdirilib. Modern.az xarici mediaya istinadən bildirir ki, oktyabrın 11-də Kəlküttəyə gedərkən maşın karvanını İraq aviasiyasının bombalaması nəticəsində yaralanan Bağdadi əl-Kaim rayonundakı xəstəxanada müalicə olunur.

Xəstəxananı terror qruplaşmasının yaraqlılarının mühasirəyə aldığı bildirilir. Digər məlumata görə, bombalama zamanı terrorçular arasında çoxlu ölən və yaralanan da olub. Bağdadinin yanında olan onun üç müavininin – İŞİD-in təbliğatına cavabdeh olan əş-Şişaninin, Əbu Anis əs-Suri və ən yaxşı səhra komandirlərindən biri Abu Said əl-Karbulinin də məhv edilənlər arasında olduğu iddia edilir.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı