Modern.az

Ülvi Quliyev:\"Populist çıxışlara, yalan vədlərə inanmayın...”

Ülvi Quliyev:\

2 Noyabr 2010, 11:13

“Azərbaycanda parlament seçkiləri azad, demokratik və şəffaf keçiriləcək. Bizlərin üzərinə düşən vəzifə isə seçkidə fəal iştirak etməkdir. Səsvermədə fəal iştirak etmək seçkinin azad, demokratik və şəffaf keçirilməsinə tövhə vermək deməkdir”, - 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa bitərəf namizəd Ülvi Quliyev noyabrın 1-də seçicilərlə görüşündə belə deyib.

Ülvi Quliyev bildirib ki, noyabrın 7-də Azərbaycanın tarixində mühüm hadisə olan parlament seçkisi keçiriləcək. Deputatlığa namizəd hər bir seçicini seçkidə fəal olmağa çağırırıb: “Hər biriniz konstitson hüququnuzdan istifadə edib seçkidə fəal olun. Bəzi məsələlərə görə sizdə inamsızlıq yarandığını bilirəm, bəzi deputatların məsələlərə lazımınca həssas yanaşmaması, diqqətsizliyi nəticəsində inamınızı itirmisiz. Amma bu inamın bərpa olunması vacibdir. Bəzən insanlar evlərindən çıxmadan problemlərinin həllini istəyirlər. Problemlərin həlli üçün fəal olmaq, lazımı instansiyalara müraciət etmək lazımıdr. Əgər deputatın gündəmə gətirdiyi 100 problemdən 50-si həlini tapırsa bu böyük göstəricidir. Problemlərin həlli üçün inamınızı bərpa etməlisiz və biz əl-ələ verib işləməliyik.  

Seçkiyə bir necə gün qalıb. Yəqin ki, məndən əvvəl də namizədlər sizlərlə görüşə gəliblər, çıxışlar ediblər. Məndən sonra də gələcəklər. Onların çıxışlarını diqqətlə dinləyin, platformaları, tərcümey halları ilə tanış olun. Bunları ona görə etməyinizi xahiş edirəm ki, populist çıxışlara, yalan vədlərə inanmayın”.

Ülvi Quliyev qeyd edivb ki, 2005-ci ildə də deputatlığa namizəd olub, seçki kampaniyası aparıb. Lakin heç vaxt yalan danışmayıb: “Çünki aldığım tərbiyə və xarakterim yalan danışmağa imkan vermir. İstər deputatlığa namizəd olanda, istər deputat kimi fəaliyyət göstərdiyim 5 ildə, ümumilikdə həmişə insanlara yalnız o məsələlərlə bağlı vədlər vermişəm ki, onları yerinə yetirməyə gücüm çatıb. Mən heç vaxt yalan vədlər vermirəm. Bəzi namizədlər deyirlər ki, seçilsək Qarabağı işğaldan azad edəcəyik. Bunlar hamısı yalan vədlərdir”.

Deputatlığa namizəd bildirib ki, seçicilərlə onlarla görüş keçirib, onların problemlərini təkliflərini dinləyib: “Problemləriniz çoxdur və onların nədən ibarət olduuğunu bilirəm. Bütün problemlərinizi həll edəcəyimi desəm yalan olar. Əgər mənə etimad göstərsəniz deputat səlahiyyətim çərçivəsində problemlərinizin həllinə çalışacam. Hər bir seçicinin probleminə diqqətlə, həssaslıqla yanaşacam. Mənə dəstək verənlərə kömək etmək, qayğı göstərmək mənəvi borcumdur. Dəstək verməyənlərə isə daha çox qayğı göstərməliyik ki inamlarını bərpa etsinlər. Bu proseslərdə hər zaman sizin yanınızda olacam, sizlərlə çiyin-çiyinə addımlayacam. Gücüm çatan problemlərinizi həll edəcəm. Gücüm çatmayanda isə bir qardaş, bir övlad kimi mənəvi dayağınız olacam. Mənə səs verən də sağ olsun, verməyən də”.

5 ildi Milli Məclisdə 17 saylı dairənin deputatı olmadığını xatırladan Ülvi Quliyev hesab edir ki, bu amil dairə ərazisində problemlərin həllinə mənfi təsir edib: “Noyabrın 7-də fəal olun ki, dördüncü şağırış Milli Məclisdə sizin də deputat olsun”.


Ülvi Quliyevin Seçki Qərargahı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı