Modern.az

Təhsil Nazirliyi ABU problemini tam həll etməyib

Təhsil Nazirliyi ABU problemini tam həll etməyib

Qarabağ

2 Noyabr 2010, 12:34

Dərs ilinin əvvəlində fəaliyyətinə xitam verilmiş Azərbaycan Beynəlxalq Universiteti (ABU) tələbələrinin digər ali məktəblərə köçürülməsi prosesi hələ də başa çatmayıb. Bu barədə Modern.az-a Tələbələrin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyindən məlumat verilib. Bildirlib ki, ABU-ya qanuni qəbul olunmuş və dövlət imtahanlarından rüşvət vermədiklərinə görə keçə bilməyən məzunlar üçün imtahanların yenidən təşkil olunması prosesi gecikdirilir. Təhsil Nazirliyi buna səbəb kimi ABU rəhbərliyinin həmin məzunların sənədlərini nazirliyə təqdim etmədiklərini göstərsə də, ABU-da bunun tam əksini deyirlər.

Bundan əlavə, ABU-nu bitirmiş, yalnız dövlət imtahanından keçə bilməmiş məzunların yenidən bir il oxuyacaqları da bildirilir ki, bu da onların narazılığına səbəb olub. Artıq məzunlar təhsil hüquqlarının pozulması ilə bağlı Təhsil Nazirliyini məhkəməyə verməyə hazırlaşır.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı