Modern.az

İTV-nin bu günkü debatı: 3 deputat, vəkil köməkçisi, Təhsil şöbəsinin metodisti, təqaüdçü və müxalifətin işsiz namizədləri...

İTV-nin bu günkü debatı: 3 deputat, vəkil köməkçisi, Təhsil şöbəsinin metodisti, təqaüdçü və müxalifətin işsiz namizədləri...

2 Noyabr 2010, 19:02


Modern.a
z -ın İctimai Televiziyada efirə gedən deputatlığa namizədlərin debatları ilə bağlı yazıları oxucular tərəfindən izlənilir. Biz efirdə olacaq namizədlərin siyahısını qabaqcadan verməklə seçiciləri hansı seçki dairəsinin efirdə olacağı ilə bağlı xəbərdar edirdik. Seçici özü üçün maraqlı olan seçki dairəsi varsa, artıq onu izləyəcəyi barədə qərar verir.

Artıq iki gündür ki, Modern.az İTV-nin efirinə çıxacaq deputatların siyahısını oxuculara təqdim etməkdə çətinlik çəkir. Çünki Mərkəzi Seçki Komissiyası (MSK) debatlarla bağlı dairələrin siyahısını bir gün öncədən açıqlayırdısa, artıq bunu etmir. MSK efirdə çıxış edəcək seçki dairələrinin siyahısını çox gec – debatın başlanmasına bir saat qalmış, özünün rəsmi saytında yerləşdirir. Odur ki, biz də bu məlumatları əldə etməkdə çətinliklə üzləşmişik. MSK-dan bunun səbəbini açıqlamaq istəmirlər.
Halbuki, MSK-da sabah çıxış edəcək namizədlərin siyahısı var, amma açıqlanmır. Biz bunun pis niyyətlə edilmədiyinə əmin olmaq istərdik.

Debat başlanana qədər bu günkü efirin bütün qonaqlarını sizə təqdim etməyə çalışacağıq...

***

İTV-nin bu günkü canlı efirində 120 saylı Cəbrayıl-Qubadlı (7 namizəd), 24 saylı Nizami birinci (4 namizəd), 45 saylı Abşeron (7 namizəd), 72 saylı Yardımlı - Masallı (5 namizəd) seçki dairəsi üzrə deputatlıq iddiasında olanlar çıxış edəcəklər.

Efirdə ilk olaraq 24 saylı Nizami birinci seçki dairəsinin namizədləri olacaq. Bu namizədlər içində ən tanınmışı ARDNŞ-in prezidenti Rövnəq Abdullayevdir. Onunla bir yerdə “Dalğa” Gənclər Hərəkatının keçmiş sədri Ramin Hacılı, KXCP-çi Südeyif Sadıxlı, VİP-çi Əlyar Şirməmmədov olacaq. 

Daha sonra debata 45 Abşeron seçki dairəsi qoşulacaq. Efirdən namizəd kimi AzTV –nin sədri Arif Alışanov, Pedaqoji Unversitetin müəllimi İsa Cəfərov, Təhsil şöbəsinin müdir müavini Vahid Əliyev,  bitərəf Oqtay Həsənov və “İslahat” blokundan Niyaməddin Orduxanlı qoşulacaq.

Onların ardınca dəyirmi masa arxasında 72 saylı Yardımlı – Masallı seçki dairəsinin namizədləri əyləşəcəklər. Bu dairədən namizədlər arasında həmkarımız, "Yeni Müsavat"ın əməkdaşı Elşad Paşasoy da var. Onunla eyni masanı “Kapitalbank"ın xəzinədarı, YAP –ın orta məktəbdə müəllim işləyən vahid namizədi Sərvər Əliyev, “İlğım” şirkətinin sahibi Yusif Mirzəyev və xalq şairi Sabir Rüstəmxanlı olacaq.

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsini isə debatda təqaüdçü-müsavatçı Sərvər Mehdiyev, AXCP-nin təşəbbüs qrupunun işsiz namizədi Məhəmməd Məcidli, Müsavatın işsiz namizədi İzzət Məmmədov, hüquq məsləhətxanasında vəkil köməkçisi işləyən Eyvaz Səfiyev, YAP-ın vahid namizədi Astan Şahverdiyev,  bitərəf Xalisə Şahverdiyeva  və ictimai fəaliyyətlə məşğul olan Tariyel Vəliyev təmsil edəcək.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı