Modern.az

Hansı namizəd yaxşı seçki kampaniyası apara bildi? (parlament jurnalistləri ilə sorğu)

Hansı namizəd yaxşı seçki kampaniyası apara bildi? (parlament jurnalistləri ilə sorğu)

Media

5 Noyabr 2010, 16:17


Ölkə bir aya yaxındır ki, seçki marafonunu yaşayır. Dairələr üzrə namizədliklərini irəlü sürmüş deputatlığa namizədlər bu müddət ərzində müxtəlif görüşlər keçiriblər, özlərinin təbliğat işlərini qurublar. Bu ilki seçki təbliğatı əvvəlkilərdən fərqli olaraq xeyli sönük və siyasi qalmaqallardan uzaq tərzdə olan müstəvidə baş tutur. Diletant və siyasi baqajı olmayan xeyli sayda insan müəmmalı səbəblərdən kampaniyaya qoşulub. Deputat olmaq istəyən bu şəxslər təbliğatlarını bir sıra hallarda xaotik və pərakəndə şəkildə qurublar. Bəs görəsən bu il hansı namizəd özünün apardığı seçki kampaniyası ilə yadda qaldı?

Modern.az Milli Məclisdə akkreditasiya olunmuş jurnalistlər arasında bu barədə sorğu keçirib...

“525 –ci qəzet” və “1news” informasiya agentliyinin əməkdaşı Kamil Həmzəoğlu:
“Bu ilki parlament seckiləri əvvəlki cağırış seckilərlə müqayisədə cox zəif, maraqsız və bəsit keçir. Bu,  elə siyasi mənsubiyyətindən asılı olmayaraq bütün namizədlərin təbliğat –təşviqat kampaniyasında da, onların secdikləri təbliğat –təşviqat metodlarında da  özünü acıq şəkildə ortaya qoyur. Əvvəlki seckilərdə namizədlərin təbliğat –təşviqat kampaniyası, metodları  daha canlı,  daha intensiv xarakter daşıyırdı. Bununla belə, bu seckidə də müəyyən mənada istisnalar var. Yəni, başqaları ilə müqayisədə bəzi namizədlər təbliğat –təşviqat kampaniyasında daha uğurlu, daha canlı metodlardan istifadə etdilər. Məsələn, deputatlığa namizədlərdən olan və hazırda millət vəkili mandatını daşıyan Qənirə Paşayevanın öz təbliğat –təşviqatını daha uğurlu, daha səmimi, daha canlı qurduğu göz qabağındadır. Bu hec şübhəsiz xanım millət vəkilinin vaxtilə jurnalist olmasından, eləcə də sivil seçki texnologiyalarını bilməsindən irəli gəlir. Eyni zamanda, bitərəf millət vəkili Fuad Muradovun, Azay Quliyevin, hakim partiyadan olan depudatlığa namizədlərdən Əli Əhmədovun, Rəbiyyət Aslanovanın, müxalifəti təmsil edənlərdən isə  Müsavat Partiyasının başqanı İsa Qəmbərin, digər müsavatcı deputatlığa namizədlər Arzu Səmədbəyli, Pənah Hüseyinin nisbətən uğurlu təbliğat –təşviqat kampaniyası aparması, fərqli seçki texnologiyalarından istifadə etməsini qeyd etmək olar. Ancaq bununla belə yuxarıda qeyd etdiyim kimi, bu ilki seckilər bütün mənalarında cansıxıcı, darıxdıcı keçdiyi üçün bunu eyni ilə deputatlığa namizədlərin təbliğat –təşviqat kampaniyasına,  metodlarına da  aid etmək olar".

“Üç nöqtə ” qəzetinin əməkdaşı  Elməddin Muradlı:
”Namizədlərin təbliğat məsələsi cox zəifdir. Yəni ən azından biz bunu küçələrdə plakatların yapışdırılmasında gördük. 2005-ci ilin parlament seçkilərlədəki təbliğat –təşviqatın təxminən 30 %-ni bu ilki seçkilərdə gördük. Təəssüflər olsun ki, bu il Yeni Azərbaycan Partiyasından namizədliyini irəli sürmüş namizədlərə müstəqil mətbuatda , informasiya agentliklərində , informasiya portallarında təbliğat aparmağa çox böyük məhdudiyyət qoyuldu. Düzdü Siyavuş Novruzov açıqlama verdi ki,  MSK-da qeydiyyatda olan  istənilən namizəd mətbuat və KİV vasitəsilə  təbliğat apara bilər. Ancaq mən cox təəssüf edirəm ki, YAP-ın əksər namizədləri bunu başqa cür başa düşdülər və qadağa kimi qəbul etdilər. Müstəqil mətbuata YAP –dan tək-tək namizədlər üz tutdu. Məsələn, Gülər Əhmədova həm iqtidaryönlü, həm müxalifətyönlü, həm də müstəqil mətbuat orqanlarında öz təbliğatını apardı. Fuad Muradov, Ülvi Quliyev, Adil Əliyev , Əhəd Abıyev, Azay Quliyev də mətbuatla yaxşı işlədi. Güclü ola biləcəyini düşündüyüm namizədlər isə  hec nə etmədilər. Ümumiyyətlə, seckilərə ögey münasibət var. Bilmirəm bəlkə də namizədlər nəyəsə arxayındılar, reklama  pul xərcləmək istəmirlər. Görünür bəziləri düşünür ki, onsuz da secilmiyəcək niyə əlavə pul xərcləyir, bəziləri də əksinə, fikirləşir ki, qalib olacaq artıq pul xərcləməyə ehtiyac yoxdur”.

“Zaman-Azərbaycan” qəzetinin əməkdaşı  Natiq Pənahlı:
“Namizədlərin təbliğat –təşviqat işində ancaq bir nəfərin adını cəkə bilərəm ki, öz təbliğatını daha orjinal  qurub. Bəxtiyar Hacıyev daha müasir üsullardan istifadə etdi. İctimai Televizayada olan çıxışlara baxanda görürük ki, digər namizədlər bir-birindən cax da fərqlənmir. Bəxtiyar Hacıyev isə daha müasir texnologiyalardan istifadə etməyə calışır”.

“Səs” İnformasiya Agentliyinin əməkdaşı Nailə Ağaverdiyeva:
“Mətbuat orqanlarında gedən yazılara və  görülən işlərə əsasən deyə bilərəm ki, Fuad Muradov, Gulər Əhmədova, Fəzail Ağamalı daha fəaldır. Bu namizədlər təbliğat –təşviqat məsələsində daha fəal iştirak ediblər. Onların təbliğatı yüksək səviyyədə gedir”.

“Kaspi” qəzetinin əməkdaşı  İlham Quliyev:
“Bu il mətbuatda namizədlərin öz təbliğatını qurması ilə bağlı iş yüksək səviyyədə olmadı Gözləntilər özünü doğrultmadı. Namizədlər əsasən internet portallarına üstünlük verdi. Təbliğatın son günlərində bəzi mətbuat orqanlarının səhifələrində namizədlərin reklamlarına rast gəlmək mümkündür. Piar işi ilə məşğul olan namizədlərin sayı cox azdır. Nəzərə alsaq ki,  700 nəfərdən cox namizəd qeydə alınıb, bunlardan təxminən  21- 23 namizəd öz işini bu istiqamətdə qurub. Qənirə Paşayeva, Elşad Həsənov, Ülvi Quliyev, Baba Tağıyev, Fəzail Ağamalı, Gülər Əhmədovanın adlarını qeyd etmək olar. Ümumulikdə isə vəziyyət zəifdi”.  

“Qafqazinfo” xəbər portalının əməkdaşı  Elbrus Seyfullayev:
Namizədlərin  görüşlərini izləyirəm, video materiallara  baxıram. Gəncə şəhərindən namizədliyini irəli sürən Aydın Abbasovun cox uğurlu reklam kampaniyası apardığını deyə bilərəm. Azay Quliyev, Fuad Muradov, Adil Əliyev, Rauf Arifoğlu, Fəzail Ağamalı, Baba Tağıyev də maraqlı reklam kampaniyası aparan namizədlər sırasındadır”.

“Xalq Cəbhəsi” qəzetinin əməkdaşı  Ağa Cəfərli:
”Namizədlərdən  Fuad Muradovun adını xüsusi olaraq cəkə bilərəm. Çünki, o, qəzetlərlə, saytlarla yaxşı işləyə bildi. Qəzetlər, saytlar onun görüşlərini yaxşı işiqlandırdı. Gülər Əhmədova, Ülvi Quliyev, Qüdrət Həsənquliyev, müxalifət liderlərindən isə  İsa Qəmbər və Əli Kərimli yaxşı təbliğat apara bildilər.  
Bizim həm  imkanlarımız məhduddu, həm də  marağında deyilik ki, gedək görək hansı namizəd necə işləyir, harda secicilərlə görüş kecirir. Kimlərin görüş kecirdiyini sadəcə qəzetlər və saytlar vasitəsi ilə öyrənirik.  Belə nəticəyə gəlmək olar ki, bəzi namizədlər seçicilərlə işləyirlər, onların problemləri ilə maraqlanırlar.
Namizədlərin sayı cox olsa da, seçicilərlə görüşənlərin sayı 25-30 –u keçmir. Komisiya üzvi olduğun 9 saylı Binəqədi secki dairəsidə görürəm ki, namizədlər orada o qədər də uğurla işləyə bilmirlər. Seçicilərlə cox az görüş kecirirlər. Seçicilərin böyük əksəriyyəti namizədləri yaxından tanımır.  45 saylı dairə haqqında isə deyə bilərən ki, həmin dairənin “Qarabağ”  və “İslahat” blokundan olan namizədləri  seçicilərlə görüşüb, onların problemləri ilə maraqlanıb, seçicinin səsisini almaq ücün ciddi cəhdlər göstəriblər. Amma 45 saylı dairənin digər bir namizədi Arif Alışanov isə heç bir görüş təşkil etməyib. Onun görüşünü sifariş əsasında bələdiyyələr, yerli icra nümayəndələri təşkil edib. Görüşə həkimlər,  müəllimlər zorla gətirilib. Alışanovun özü  heç oralara ayaq da basmayıb, cəmi 1- 2 dəfə gəlib”.

“Şərq” qəzetinin əməkdaşı Rəşad Baxşəliyev:
”Mən hesab edirəm ki,  təbliğatını daha yaxşı quran namizəd  Qənirə Paşayevadı. Onun təbliğata ehtiyacı yox idi. Adil Əliyev, Fuad Muradov, Gülər Əhmədova, Fəzail Ağamalı- bu namizədlər  ən fəallardır.
Mətbuat bu seckilərdə demək olar ki, ac qaldı,  mətbuata yardımlar olmadı. Qəzetlər  daha cox tanışlığa, münasibətə görə reklam yerləşdirdi. Aktivlik hiss olunur. Amma parlamentdə o qədər də dəyişiklik olacağını hiss etmirəm. 20 -25 % dəyişiklik ola bilər. Yenə həmin deputatlar seciləcək”.

“Bizim yol”qəzetinin əməkdaşı Pərviz Həşimli:
”Hesab etmirəm  ki, hər hamsı namizəd sağlam rəqabət, normal şəkildə seçki təşviqat aparsın. Diqqət etsəniz görərsiniz ki,  Bakı şəhərinin mərkəzində şəhər mediası namizədlərin kütləvi görüşləri ücün yer ayrımadı. Nəzərdə tutulan yerlər isə bu görüşlərin təşkili üçün yararsız idi. Namizədlərin təbliğat –təşviqat işi ücün normal bir şərait yaradılmadı,  ona görə də namizədlər  yaxşı kampaniya apara bilmədi. YAP-ın namizədləri isə ancaq inzibati resurslra arxalanraq  öz təbliğatlarını apardılar”.

“Yeni Azərbaycan ” qəzetinin əmkdaşı Nardar Bayramlı:
Qeyd edim ki, bu ilki parlament seckilərində Yeni Azərbaycan Partiyasının üzvləri daha fəal iştirak edib. Onlar işlərini sistemli şəkildə qurublar. Hesab edirəm ki, bu, nəticə etibarilə onların deputat seçilməsində müsbət rol oynayacaq. Demək olar ki, YAP-dan namizədliyini irəli sürmüş namizədlər hər gün seçicilərlə görüş kecirir. Bəzi müxalifət nümayəndələri isə dayanacaqlarda, cayxanalarda şəkil çəkdirib seçisilərə bunu görüş kimi təqdim edirlər”.

“Xəbərlər Azərbaycan” İnformasiya agentliyinin əməkdaşı Mürtəza Bünyadov:
Bu məsələ məni maraqlandırmır. Ona görə də heç bir fikir söyləyə bilmərəm. Konkret olaraq deyə bilərəm ki, hec bir məlumatım yoxdu”.

AzərTAc-ın əməkdaşı Xətayi Əzizov:
Kampaniya dövründə Yeni Azərbaycan Partiyasının namizədləri, bitərəflər namizədlərdən isə  Novruz Aslan, Baba Tağıyev, Azay Quliyev, Fuad Muradov secicilərlə yaxşı işlədilər.

APA-nın əməkdaşı Rəşad Süleymanov:
”O qədər də təbliğat aktivliyi hiss olunmur. Plakatlar daha cox diqqəti cəlb edir. Media ilə iş prosesini nəzərə alsaq, Baba Tağıyevin, Üli Quliyevin,  Fuad Muradovun, Gülər Əhmədovanın daha yaxşı işlədiyini görərik.  

“Hürriyyət” qəzetinin əməkdaşı Zülfüqar Hüseynzadə:
”Hesab edirəm ki, müxalifət bu piardan daha cox istifadə etdi. Hətta “qara piar” da onların işinə yaradı. Rauf Arifoğlunu xüsüsi olaraq qeyd edə bilərəm. Aslan İsmailov, Adil Əliyev  piar kampaniyasından istifadə edə bildi”.

“Lent az ” saytının əməkdaşı Elxan Salahov:
”Namizədlərin  bu ilki seçki kampaniyasında təbliğat –təşviqat işinə nəzər salsaq, görərik ki, YAP-ın namizədləri, eləcə də Qənirə Paşayeva, Nazim Məmmədov, Əli Məsimli, Vahid Həsənov, Azay Quliyev, Qubad İbadoğlu, Erkin Qədirli, Cavid Qurbanov, Zahid Oruc, Nemət Əliyev, “AXCP-Müsavat” blokundan namizədlərinin əksəriyyiəti, İsa Qəmbər fəal iştirak etdilər”. 

“Medi forum” portalının əməkdaşı İmdad Əlizadə:
”Gördükləri işləri mətbuatda işiqlandırdıqlarına, həm seçicilərlə kecirilən görüşlərə, həm də seçki komandalarını yaxşı işlədiklərinə görə Arif Hacılı, Gülər Əhmədova, Asim Mollazadə,  Fuad Muradav, Azay Quliyev, Əli Kərimli, İsa Qəmbər, Fəzail Ağamalı, Qənirə Paşayeva , Ülvi Quliyev, Rauf Arifoğlu, Pənah Hüseyn, Baba Tağıyevi qeyd etmək olar”.                                   

“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli:
Mən hesab edirəm ki, bu seçkilərdə öz təbliğatını Baba Tağıyev, Fuad Muradov, Ülvi Quliyev, Aydın Abbasov, Azay Quliyev, Natiq Abdullayev daha yaxşı qurub”. 

Modern.az xəbər portalının əməkdaşı Elşad Eyvazlı: 
Ötən parlament seçkilərindən fərqli olaraq, bu dəfə deputatlığa namizədlər təbliğat- təşviqat kampaniyasında o qədər də fəal olmalıdılar. Məncə seçicilər də seçkilərə maraq göstərmirlər. Ona görə də deputatlığa namizədlərin təbliğat –təşviqat kampaniyası ilə seçicilərin onlara münasibəti adekvatdır”.

Sədaqət Süleymanova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü