Modern.az

Əli Həsənov məcburi köçkünlərin köçürülməsindən danışıb

Əli Həsənov məcburi köçkünlərin köçürülməsindən danışıb

25 Noyabr 2010, 14:09

“Hərbi hissələrin ərazilərində məskunlaşan şəxslərin köçürülməsinə hələ başlanmayıb. Mümkün olsa, gələn il Zeynalabdin Tağıyev və Pirəküşkül qəsəbələrindəki hərbi hissələrin ərazisində yerləşən evlərdə məskunlaşan köçkünlərin köçürülməsinə başlanıla bilər”.

Bunu baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.(APA). Ə. Həsənov bildirib ki, yataqxanalarda məskunlaşmış məcburi köçkünlərin köçürülməsi ilə bağlı da layihə hazırlanıb, bu prosesə də başlanılacaq: “Həmin məsələ bu il həllini tapacaqdı, maliyyə köçürülməsində problemlə əlaqədar ləngidi. Lakin ciddi problem yoxdur”.

Ə. Həsənov qeyd edib ki, təmsil etdiyi dövlət qurumunda bütün məsələlər mərkəzləşdirilib: “Qaçqınların qarşılaşdığı problemlərlə bağlı bizə mütəmadi məlumatlar daxil olur, onların həlli istiqamətində zəruri addımlar atırıq. Bütün rayonlarda nümayəndələrimiz var. Kiçik kommunal problemlər, ödəniş məsələlərində çətinliklə qarşılaşanların məsələlərini həll edirik. Biz hər ay qaz, elektrik enerjisi və digər kommunal məsələlərlə bağlı ödənişləri 100 faiz köçürürük. Əvvəllər belə problemlər var idi, artıq aradan qaldırılıb. Bizim kommunal qurumlar arasında ödənişlərlə bağlı məsələlər həllini tapıb, narazılıq yoxdur. Yalnız bəzi yerlərdə məmurların səhlənkarlığı baş verir ki, o da təcili həll olunur”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir