Modern.az

Əkizlərdən biri köhnə, biri yeni ildə doğuldu

 Əkizlərdən biri köhnə, biri yeni ildə doğuldu

3 Yanvar 2016, 22:03

 

ABŞ-da bir qadın müxtəlif illərdə əkiz övladlarını dünyaya gətirib. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, San-Dieqodakı doğum evində dünyaya gələn əkizlərin təkcə anadan olduqları gün deyil, il də üst-üstə düşmür.  

Buna səbəb odur ki, Ceylin və Luisa Valensiyalar yeni il axşamında doğulublar. Ceylin 2015-ci ilin son dəqiqələrində dünyaya gəlməyə özünü çatdırıb, onun qardaşı isə iki dəqiqə sonra, artıq 2016-cı ildə doğulub.  

Valideynləri doğuşu yanvarın axırlarına planlaşdırıblar, ancaq əkizlər ana bətnində fəsadlar yaradıblar. Həkimlər qərara gəliblər ki, doğuş nə qədər tez olsa, bir o qədər yaxşıdır. Xoşbəxtlikdən biri könhə, digəri yeni ildə yer üzünə qədəm qoyan uşaqlar sağlam doğulublar.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir