Modern.az

Daşaltı 24 il sonra - FOTOLAR

Daşaltı 24 il sonra - FOTOLAR

27 Yanvar 2016, 11:39

1992-ci ilin 26 yanvarı müstəqil Azərbaycanın hərb tarixindəki qara günlərdən biridir. Həmin gün Şuşa yaxınlığında Daşaltı kəndinin erməni işğalından azad olunması məqsədilə təşkil edilən əməliyyat fiaskoya uğramışdı. Təxminən 150 hərbçimizin iştirak etdiyi əməliyyatda Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, 70-ə yaxın əsgər və zabitimizin şəhid olduğu, 55 hərbçimizin itkin düşdüyü, 9 nəfərin isə əsir götürüldüyü barədə şahid ifadələri var.

Erməni mənbələri hazırda Daşaltı kəndini Karintak adı ilə təqdim edirlər ki, bu sözün də ermənicədən mənası elə “Daşaltı” deməkdir. Qarabağdakı separatçı rejim Daşaltının 650 nəfər sakinə malik olduğunu bildirir. Kənddə Fransa ermnəilərinin dəstəyi ilə orta məktəb və su xətti çəkilib, uşaq bağçasının tikintisi isə davam etdirilir.   

Modern.az hazırda erməni tapdağında olan Daşaltı kəndi və Daşaltı dərəsinin fotolarını təqdim edir. Erməni mənbələrinin yaydığı şəkillər bir neçə fəsli əks etdirir:






























Vüqar İsmayılov
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü