Modern.az

İngiltərə və Uels növbəti mərhələdə

İngiltərə və Uels növbəti mərhələdə

Aktual

21 İyun 2016, 01:01

“Avro-2016”nın  qrup mərhələsində III turun oyunları davam edib. Modern.az  saytı xəbər verir ki,  “B” qrupunda keçirilən oyun çərçivəsində Rusiya millisi Uelslə qarşılaşıb. Oyun uelslilərin böyük hesablı qələbəsi ilə başa çatıb. Rusiya millisini 3:0 hesabı ilə məğlub edən Uels millisi üç oyundan 6 xal qazanıb və qrupda 1-ci yeri tutaraq 1/8 finala vəsiqə qazanıb.

Qrupun digər oyunu İngiltərə və Slovakiya milliləri arasında baş tutub. Matçda qolsuz bərabərlik qeydə alınıb. Beləliklə,  İngiltərə yığması 5 xal toplayaraq 2-ci pillədən play-off mərhələsinə adlayıb. Slovakiya 4 xalla qrupda 3-cü yeri tutub. Rusiya millisi isə artıq ölkəsinə dönə biləcək.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var