İylun 2-də Fransada keçirilən Avropa çempionatının ¼ final mərhələsində Almaniya və İtaliya milliləri arasında keçirilən oyunda oyundan sonra vurulan 11 metrlik zərbələrə görə rekord təkrarlanıb. Modern.az xarici KİV-ə istinadən bildirir ki, oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatdığından qalibi müəyyənləşdirmək üçün “futbol lotereyası” – penalti köməyə gəlib.
İtaliya millisində Dzadza, Pelle, Bonuççi və Darmiana, Almaniyadan isə Müller, Özül və Şvaynştayqer zərbələri dəqiq yerinə yetirə bilməsələr də, nəticədə almanlar 6:5 hesabı ilə qalib gəliblər. Penalti seriyasında ümumilikdə 18 zərbədən istifadə edilib.
Analoji hadisə 36 il əvvəl – 1980-cı ildə Avropa çempionatında üçüncü yer uğrunda Çexoslavakiya ilə İtaliya qarşılaşmasında qeydə alınıb. Maraqlıdır ki, həmin penaltilər seriyasında da italiyalılar məğlub olmuşdular.
Modern.az