Bu gün Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik Ağdam və Tərtər rayonlarında bir neçə partlayış yerinə baxış keçirib. ANAMA-dan Modern.az saytına verilən məlumata görə, Ağdam rayonu Evoğlu kəndində 2 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb.
Tərtər rayonu Şıxarx kəndində 1 əkin sahəsində 6 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb. Rayonun Qarağacı kəndində isə 1 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (122 mm-lik top mərmisinin partladıcısı) aşkar olunaraq götürülüb.
Nəticə etibarilə gün ərzində 15 500 kv.m ərazi yoxlanılıb.
Modern.az