Modern.az

Şəmkirdəkı kütləvi davada iki əmioğlu yaralanıb

Şəmkirdəkı kütləvi davada iki əmioğlu yaralanıb

Aktual

28 Yanvar 2017, 23:58

Şəmkirdə kütləvi dava olub. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, dava rayonun Aşağı Seyfəli kəndində qeydə alınıb. Bir neçə nəfərin dalaşdığı hadisə zamanı kənd sakini 1971-ci il təvəllüdlü İsmayıl Hüseynov və onun əmisi oğlu 1963-cü il təvəllüdlü Ələmdar Hüseynov müxtəlif bədən xəsarətləri alaraq, Şəmkir rayon Mərkəzi xəstəxanaya yerləşdiriliblər. Onlara dərhal tibbi yardım göstərilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi