Modern.az

Qaçaqmalçıların Azərbaycana siqaret gətirməsinin qarşısı alınıb

Qaçaqmalçıların Azərbaycana siqaret gətirməsinin qarşısı alınıb

Aktual

21 Mart 2017, 20:02

Qaçaqmalçıların Rusiyadan Azərbaycana gəmi ilə külli miqdarda siqaret gətirməsi cəhdinin qarşısı alınıb. Modern.az APA-ya istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Dağıstan üzrə Sərhəd idarəsinin əməkdaşları Dərbəndin cənub-şərqində Azərbaycan istiqamətdə hərəkət edən “Bayda” tipli kiçik gəmi aşkar ediblər.

Sərhədçilər gəmini saxlamaq istəsə də, qaçaqmalçılar aradan çıxmaq istəyiblər. Gəmi izlənib və qaçaqmalçılar gəmidə olan qutuları dənizə atıblar. Qutularda aksiz markası olmayan 3 min blok “NZ gold compact” siqareti aşkarlanıb.  Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir