“Həmçinin Aleksandr Duqinin Qarabağ problemi ilə bağlı maraqlı yanaşmaları oldu.”.
Bunu Milli Məclisin deputatı, Ermənistan-Azərbaycan Sülh Platformasının rəhbəri Rövşən Rzayev Aleksandr Duqinlə Milli Məclis deputatlarının görüşü Modern.az-a şərh edərkən deyib.
Deputat bildirib ki, görüşlər zamanı bir neçə məsələ müzakirə edilib.
“Həmçinin Aleksandr Duqinin Qarabağ problemi ilə bağlı maraqlı yanaşmaları oldu. O, danışıqlar zamanı heç bir qərəzli fikir söyləmədi. Biz həmin görüşlər zamanı qarşılıqlı hörmət və maraqla bir-birimizi dinlədik. Düşünürəm ki, Azərbaycanda ölkə başçısının apardığı güclü siyasət nəticəsində sülh yolu ilə ərazi bütövlüyümüzün təmin olunmasından ötəri kifayət qədər uğurlu işlər aparılır. Yaxın zamanlarda da biz bunun şahidi olacağıq”.
Mirmahmud KAZIMOĞLU