Dövlət Statistika Komitəsi qurum tərəfindən açıqlanan rəqəmlərin reallıqla uzlaşmadığı iddialarına cavab verib.
Qurumun mətbuat katibi Elməddin Quliyev Modern.az-a deyib ki, bu, Komitənin səlahiyyəti ona təqdim edilən rəqəmlərin yayılmasından ibarətdir:
“Biz təqdim olunan rəqəmlərdən kənara çıxa bilmərik. Biz özümüzdən rəqəm yazmırıq. Nazirliklər, ayrı-ayrı qurumlar hansı rəqəmləri bizə təqdim edirsə, onu da açıqlayırıq”.