Modern.az

Yük maşını aşdı, 30 miqrant öldü

Yük maşını aşdı, 30 miqrant öldü

Aktual

14 Fevral 2018, 16:54

Liviyanın cənub-qərbində, Bəni Valid şəhərində ağır yol qəzası baş verib.

 

Modern.az xarici KİV-ə istinadla bildirir ki, təqribən 300 miqrant olan yük maşını sürücünü idarəetməni itirməsi nəticəsində aşıb.

Hadisə nəticəsində ən azı 30 nəfər ölüb, 100-dən çox şəxs xəsarət alıb.

 

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Miqrantların əsasən Somali və Eritreyadan olduğu bildirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Qəzadan sonra bir saat sağ qalan kim olub?