Modern.az

DİN məlumat yaydı: Bakıda 4 maşın toqquşub – 2 ölü 2 yaralı

DİN məlumat yaydı: Bakıda 4 maşın toqquşub – 2 ölü 2 yaralı

Aktual

17 Fevral 2018, 11:46

Daxili İşlər Nazirliyi Heydər Əliyev prospektində baş verən dəhşətli qəza ilə bağlı məlumat yayıb.


Modern.az xəbər verir ki. Nazirliyinin məlumatına görə, fevralın 16-da saat 17 radələrində Nərimanov rayonunun H.Əliyev prospektində Bakı şəhər sakinləri Rəhim Manafovun idarə etdiyi “Opel”, Eldəniz Məcidovun idarə etdiyi “Toyota” , Samirə Əliyevanın idarə etdiyi “Volkswagen” və Namiq Kərimovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə R.Manafovun sərnişinlərindən Bakı şəhər sakinləri Rasim Manafov və Oleq Sinkov hadisə yerində ölüb, sürücü və digər 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
“Erməni həmkarıma dedim, məni niyə qorxudursan? – Elmar Məmmədyarov