İsveçin paytaxtı Stokholm şəhərində Hitlerin doğum günü münasibətilə nasistlərə məxsus bayraq asılıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Huddinc rayonunda yerləşən bələdiyyə binası, o cümlədən bundan başqa 3 rəsmi binada naməlum şəxslər tərəfindən nasist bayraqları dalğalandırılıb.
Huddinc rayonunun bələdiyyə sədri Daniel Dronyak bu barədə açıqlamasında hadisəni olduqca kədərli və ürəkbulandırıcı adlandırıb. Eyni zamanda bildirib ki, bayraq endirilib. Hadisəylə əlaqədar cinayət işi başladılıb.