Modern.az

Yerevanda yenə müxalifətin mitinqi başladı

Yerevanda yenə müxalifətin mitinqi başladı

Aktual

21 Aprel 2018, 11:33

Şənbə günü Ermənistan müxalifəti Yerevanda etiraz aksiyalarını yenidən bərpa edib.

Trend-in məlumatına görə, "TASS" müxbiri mitinq səbəbindən səhər saatlarından başlayaraq paytaxtda mərkəzi küçələrdə hərəkətin iflic olduğunu bildirib.

Qeyd edək ki, artıq neçə gündür ki, Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb, saxlanılanlar var.
Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK - Zelenskini Sui-qəst hazırlayan 2 ukraynalı polkovnik saxlandı