Modern.az

Ermənistanda ölən əsgər intihar edibmiş - DETALLAR

Ermənistanda ölən əsgər intihar edibmiş - DETALLAR

Dünya

8 May 2024, 09:38

Xəbər verdiyimiz kimi, dünən Ermənistan ordusunun hərbi qulluqçusu güllələnib. Məlumatı Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bidirilib ki, bu gün saat 14:00 radələrində hərbi hissənin ərazisində müqaviləli əsgər, 1985-ci il təvəllüdlü Artak Serejaeviç Avalyanın güllə yarası ilə meyiti aşkar edilib. Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır.

 

Modern.az xəbər verir ki, "Joğovurd" qəzetinin yazdığına görə, ölən əsgər intihar edib.

 

Nəşrin məlumatına görə, o, yığılan borclarına görə bu addımı atıb. Avalyan evli olub, üç övladı var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi