Ermənistan parlamentinin deputatı - “Erkrapa" könüllü veteranlar ittifaqının sədri, general Manvel Qriqoryanın malikanəsindəki qanunsuz zooparkda saxlanılan vəşhi heyvanlar müsadirə olunub.
Modern.az saytı Ermənistan KİV-nə istinadənn xəbər verir ki, generalın saxladığı pələng Yerevan zooparkına təhvil verilib.
Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin saxladığı Manvel Qriqoryana cinayət işi açılıb. O, qanunsuz silah dövriyəsində, dövlət malını talamada ittiham olunur. General Manvel Qriqoryan erməni xalqının sadəlövhcəsinə ordudakı əsgərlər üçün topladığı ərzağı özünün pələng və ayılarına yedizdirirmiş.
A.Qorxmaz