Modern.az

Alma və bananlardan iynə tapıldı

Alma və bananlardan iynə tapıldı

Aktual

18 Sentyabr 2018, 12:09

Avstraliyanın Yeni Cənubi Uels ştatında ekspertlər həyata yaranacaq təhlükə ilə əlaqədar meyvələri kəsərək yeməyi məsləhət görür.

 

Modern.az Avstraliya KİV-nə istinadən xəbər verir ki, son zamanlar ştatda alma və bananlarda iynə tapılması faktı ekspertləri bu fikrə gəlməyə məcbur edib.

Polis bu cür faktlarla bağlı qəbul edilmiş şikayətlər əsasında istintaq başladıb.

 

Polisə şikayət isə bir qadının almanı övladı üçün təmizləyərkən içərisindən iynə aşkarlamasından sonra daxil olub.

“Bu sadəcə ola bilməz, almalarda yox. Mən çiyələklərdə eşitmişdim, ona görə də onları qızlarıma verməzdən əvvəl doğrayırdım. Amma bunu almada tapmaq...” – qadın şikayətində bildirib.

 

Polis həmçinin marketlərdən birində bananda iynə aşkarlanması faktını da araşdırır.

Cinayətkarları 10 il həbs gözlədiyi bildirilir.

 

Qeyd edək ki, meyvələrdə iynə aşkarlanması faktı Avstraliyada ilk deyil. Bundan əvvəl isə ən azı 7 istehsalçının çiyələklərində iynə və sancaq aşkarlanıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İbrahim Rəisinin öl*mündə sirli məqamlar