Modern.az

Atdan yıxılan çoban ağır xəsarət aldı

Atdan yıxılan çoban ağır xəsarət aldı

23 Sentyabr 2018, 00:39

Mingəçevir şəhərində heyvanları otaran çoban atdan yıxılaraq qabırğalarını sındırıb. Modern.az ”Report”a istinadən xəbər verir ki, hadisə "Tərəvəzçilik" adlanan yaşayış massivinin yaxınlığındakı otlaqda baş verib.

 

Belə ki, otlaqda mallarını otaran 1956-cı il təvəllüdlü Şuşa rayon sakini Ədalət İbrahim oğlu Kərimov ehtiyatsızlıqdan atdan yıxılıb. Nəticədə onun qabırğaları qırılıb və digər ağır bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı