Modern.az

Saatlıda azyaşlı bədbəxt hadisə nəticəsində xəsarət aldı

Saatlıda azyaşlı bədbəxt hadisə nəticəsində xəsarət aldı

Aktual

25 Sentyabr 2018, 00:30

Saatlı rayonunda xəsarətlə nəticələnən bədbəxt hadisə baş verib. Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Qaranuru kəndində qeydə alınıb. Belə ki, 1 yaş 3 aylıq Nuruzadə Nahidə Zahid qızı yıxılaraq xəsarət alıb.

 

Uşaq yıxılarkən alın nahiyəsi stəkana dəyib və alın hissəsi kəsilib. Uşaq Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!