Modern.az

Şəkidə 62 yaşlı kişi itkin düşdü - FOTO

Şəkidə 62 yaşlı kişi itkin düşdü - FOTO

26 Sentyabr 2018, 11:32

1956-cı il təvəllüdlü Şəki şəhər sakini Ramis Azaqov sentyabrın 23-də səhər saatlarında rayonda “dağ dibi” deyilən ərazidə  yaşadığı evdən tələsik halda çıxıb və indiyədək geri qayıtmayıb.

Bu haqda Modern.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumatda bildirilib.

Evdən çıxanda əynində boz rəngli şalvar və pencək, ayağında qara rəngli  ayaqqabı olub. Boyu 170 sm, gözlərinin rəngi qəhvəyi , orta bədən quruluşludur.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin Şəki Şəhər-Rayon Polis Şöbəsinə 024-244-4-25-50 şəhər, (055) 628-00-84 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir