Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) ilə görüşüb. Modern.az xəbər verir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin də iştirak etdiyi görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin gedişi müzakirə olunub.
Qeyd edək ki, həmsədrlərin vasitəçiliyi ilə sabah Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü keçiriləcək.