Modern.az

Dumanlı hava Biləsuvar və Cəlilabadda hərəkəti çətinləşdirdi

Dumanlı hava Biləsuvar və Cəlilabadda hərəkəti çətinləşdirdi

Aktual

23 Yanvar 2019, 00:46

Biləsuvar və Cəlilabad rayonlarında dumanlı hava şəraiti nəqliyyatın hərəkətini çətinləşdirib. Modern.az "Report"a istinadən xəbər verir ki, duman axşam saatlarından etibarən Biləsuvar rayonu ərazisində və yeni Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonundan keçən hissəsində müşahidə edilir.

 

Görmə məsafəsi azaldığından nəqliyyat vasitələri aşağı sürətlə hərəkət edir.

 

Dumanlı hava şəraiti həmçinin Biləsuvar rayonunun kəndlərarası yollarında da nəqliyyatın hərəkətində problem yaradıb.

 

Qeyd edək ki, dünən səhər saatlarında da oxşar hava şəraiti hökm sürüb.

 

Daha əvvəl Biləsuvar rayonunda baş verən yanğın zamanı ev sahibi tüstüdən zəhərlənib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ordumuz təhvil verilmiş kəndlərə daxil olub?