Modern.az

Həftəsonu cinayət törədən 120 nəfər SAXLANILDI

Həftəsonu cinayət törədən 120 nəfər SAXLANILDI

29 Aprel 2024, 09:26

27-28 aprel tarixlərində ölkə ərazisində qeydə alınan 111, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

 

DİN-in Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 59, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Narkotiklərlə əlaqəli 63 qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 120 nəfər saxlanılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK iddia: Köçəryanla Sarkisyan tezliklə Bakıya göndəriləcək