Modern.az

Təhsil Nazirliyi 8 Martla bağlı: “Şikayətçilər “Qaynar xətt”ə müraciət etsinlər”  

Təhsil Nazirliyi 8 Martla bağlı: “Şikayətçilər “Qaynar xətt”ə müraciət etsinlər”   

1 Mart 2019, 09:04

Bəzi valideynlərin sosial şəbəkələrdə paylaşdığı məlumatlara görə, 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə orta məktəblərdə pul yığımına  başlanılıb.

Modern.az olaraq, bununla bağlı hansı tədbirlərin görüləcəyini öyrənmək üçün Təhsil Nazirliyinin elektron hesabına sorğu ünvanladıq. Nazirliyin mətbuat xidmətindən saytımızın sorğusuna cavab olaraq bildirilib ki, ölkədə fəaliyyət göstərən ümumitəhsil müəssisələrində şagirdlərdən hər hansı pul vəsaitinin tələb olunması yolverilməzdir:

“Bu halın qarşısını almaq üçün Təhsil Nazirliyinin nəzdində “Qaynar xətt” yaradılıb. Konkret faktlar olduğu təqdirdə valideynlər 146 nömrəli "Qaynar xətt" xidmətinə müraciət edə bilərlər”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!