Modern.az

Goranboy sakinlərinin mənzil şəraiti yaxşılaşdırılır - FOTO

Goranboy sakinlərinin mənzil şəraiti yaxşılaşdırılır - FOTO

Aktual

29 Aprel 2024, 16:58

Goranboyda sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən əsaslı işlər davam etdirilir.

 

Möhtərəm Prezident cənab İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq, Goranboy və Dəliməmmədli şəhərlərində qəzalı vəziyyətdə olan çoxmənzilli binalarda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Goranboy şəhərində 36 mənzilli 4 ədəd 2 mərtəbəli, Dəliməmmədli şəhərində 16 mənzilli 1 ədəd 2 mərtəbəli yaşayış binalarının sökülərək  yerlərində,  Goranboy şəhərində 2 ədəd 4 mərtbəli 36 mənzilli, Dəliməmmədli şəhərində isə 1 ədəd 4 mərtəbəli 16 mənzlli binaların cari ilin  sentyabr ayında tikintisi işlərinə başlanılmış və hazırda işlər sürətlə davam etdirilir.

 

Goranboy RİH-nin başçısı Məhərrəm Quliyev, bir qrup ictimai fəallarla birgə, Goranboy şəhəri Cəfər Cabbarlı və Məmməd Məhərrəmov küçələrində 4 mərtəbəli 16 mənzilli yaşayış binalarının tikinti işləri ilə bir daha yerində tanış olub. İcra Başçısı işlərin vaxtında, keyfiyyətlə və müvafiq tikinti normalarına uyğun  başa çatdırılması, binanın gələcəkdə bütün kommunikasiya xətlərinin təhcizatı ilə bağlı, iş icraçıları və  bir qrup şəhər sakinləri ilə məsləhətləşmələr apardı, səmimi söhbət etdi, tövsiyyələrini bildirib. 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi